Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun. Allah dünyanı mühakimə etmək üçün deyil, Oğlunun vasitəsilə xilas etmək üçün Onu dünyaya göndərdi.
Haqqımızda
ALOV Cəmiyyətlər Əməkdaşlığı 2010-cu ildə yaradıldı. Azərbaycanda və Azərbaycandan kənarda Isa Məsih haqqında xoş xəbəri yaymaq və iman edənlər ilə birgə Məsihin cəmiyyətlərini yaratmaq. Mövcüd olan və yeni yaranmış Məsihi cəmiyyətlərinə ruhanı, mənəvi dəstək verərək təyinatlarını icra etmələrinə, müjdə xidmətlərinin təşkil edilməsinə dəstək vermək, seminatlar, konfranslar təşkil etmək, xidmətlərinin icra edilməsi məqsədi ilə təciz etmək, cəmiyyətlər arası dostluq və əməkdaşlıq yaratmaq üçün əməkdaşlıqdır. ALOV Cəmiyyətlər Əməkdaşlığı, müxtəlif təlim və inkişaf proqramları vasitəsilə Məsihi cəmiyyətlərin üzvlərinin ruhanı və mənəvi inkişafını təşviq edir. Eyni zamanda, ALOV, ictimaiyyətin ruhani və mənəvi dəyərlərini yüksəltmək məqsədi ilə maarifləndirmə işlərini də genişləndirir.
Pastorlar Daha Ətraflı Dua xidməti Daha Ətraflı Tez-tez verilən suallar Daha Ətraflı
Gündəlik çörək
Gözlə görünənə deyil, imana görə həyat sürürük.



Daha çox
1

Azərbaycanın rifahı üçün dua

Çünki ora rifah içində olarsa, siz də rifahda yaşayarsınız.

Yeremya 29:7

2

Azərbaycanda Məsihçi Tarixi

İndiki Azərbaycan ərazisinə, Albaniyaya Məsihçilik, İsa Məsihin həvarilərin dövründə gəlmişdir...

3

Azərbaycan Mədəniyyəti

Qədim milli-mənəvi dəyərləri, ənənələrini özündə yaşadan Azərbaycan bu gün dünyada müxtəlif sivilizasiyaların qovşağı kimi tanınır.



Blogumuzu araşdırın
İMAN və SÜLH anlayışlarına dərin baxış
05.02.2026
Etimologiya vasitəsilə Müqəddəs Kitabı daha doğru anlamaq Dəfələrlə Müqəddəs Kitabda İsa Məsihin bizə bəxş etdiyi vədlərlə rastlaşırıq. Onun adına iman edənlərə Rəbb İsa bu imanın nə qədər böyük, geniş və dərin olduğunu izah edir. Bu izaha isə bizim ciddi ehtiyacımız var. Çünki biz Müqəddəs Kitabda rastlaşdığımız bir çox
Niyə Allahın standartlarını öz standartlarımızla əvəz etmişik?
16.07.2025
Rəbb naminə etdiyimiz xidmətin ölçü vahidi var. Bu barədə Müqəddəs Kitabda açıq və aydın şəkildə yazılıb. Lakin biz Allahın standartlarını öz standartlarımızla əvəz etmişik və çox vaxt bu əvəzləməni özümüz belə dərk etmirik. Bu təhlükə qaçınılmazdır. Buna görə də həyatımızı sığortalamaq məqsədilə özümüzü mütəmadi olaraq
BİZİM BLOG
Kilsəmizdə təhsilin gücünə və həyatı dəyişdirmə qabiliyyətinə inanırıq. Biz uşaqlara keyfiyyətli öyrənmə imkanlarına çıxış təmin etməklə onların təhsil yolunda dəstək olmağa çalışırıq.